JURNALIN ORİJİNAL E-NÜSXƏLƏRİ
TƏDQİQATLAR
"Molla Nəsrəddin"dən seçmələr
yazıçı
""Molla Nəsrəddin" - tək bir nəfər müəllifin əsəri deyil.
"Molla Nəsrəddin" bir neçə mənim əziz yoldaşlarımın əsərinin
məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam"
ədəbiyyatşünas
""Molla Nəsrəddin" jurnalı ilk nömrələrindən başlayaraq bizim ölkənin müsəlmanları arasında canlı maraq oyatmışdır. Jurnalı bir qrup ziyalı müsəlmanların əməkdaşlığı ilə savadlı və mədəni azərbaycanlı Cəlil Məmmədquluzadə nəşr edir"
yazıçı
"Bir gün məni ilk və son dəfə yoluxmağa gələn əmim Haşımbəy Vəzirov
yenicə nəşrə başlayan "Molla Nəsrəddin" məcmuəsinin ilk nömrəsini
gətirmişdi. "Molla Nəsrəddin" məndə yazıçılıq həvəsi yaratdı".
Cəlil Məmmədquluzadənin həyat yoldaşı
"Molla Nəsrəddin"nin ilk nüsxəsi çıxan axşam pul olmadığı üçün
Mirzə Cəlillə Faiq əfəndi çap dəzgahını səhərə qədər özləri işlədiblər. Ertəsi gün jurnal
bazara çıxarılan kimi satılıb qurtarıb. Bu hadisə böyük ictimai gurultu doğurub.
"MOLLA NƏSRƏDDİN" HAQQINDA