"Molla Nəsrəddin" üzrə yaddaş

“Molla Nəsrəddin” jurnalı aşağıdakı ünvanlarda yerləşmişdir:

1. Tiflis, Varansovski küçə, nömrə 47
7 aprel 1906-cı ildən (№1) - 26 oktyabr 1907-ci ilədək -(№40)

2. Tiflis, Davidov küçəsi, nömrə 24
24 noyabr 1908-ci ildən (№47) - 25 dekabr 1917-ci ilədək (№26)

3. Təbriz, bazari-usta-şagird, xanəyi- Şahzadə Nüsrətüssəltənə
20 fevral 1921ci ildən- 15 may 1921-ci ilədək (№1-8), (Əvvəli hut 1299- 24 sövr 1300, Şumarə 1-8)

4. Bakı, Poçtovoı küçə 64, Zavedenskaya ev nömrə 12.
2 noyabr 1922-ci ildən (№1) - 24 oktyabr 1923-cü ilədək(№36)

5. Bakı, Qırmızı küçə, ev nömrə 12
17 noyabr 1923-cü ildən (№37) -23 avqust 1924-cü ilədək (№11)

6. Bakı, Starı paçtovı (Köhnə-Poçta) küçəsi, ev nömrə 64
30 avqust 1924-cü ildən (№12) -1931-ci ilin (№2) yanvarınadək


“Molla Nəsrəddin” məcmuəsinin çap olunduğu mətbəələr

Tiflis
1. Tiflis, “Qeyrət” mətbəəsi.
7 aprel 1906-cı ildən (№1)- 13 yanvar 1913-cü ilədək (№1)

2. “Şərq” mətbəəsi
20 yanvar 1913-cü ildən (№2)- 9 fevral 1917-ci ilədək (№1)

3. Mixailov pr.102, Per. Raz. Tip. “Kultura”
16 fevral 1917-ci ildən (№2)- 25 dekabr 1917-ci ilədək (№26)


Təbriz
1. Təbriz, mətbəeye mehrzərrin və geravürsaziye “Hüseyni”
20 fevral 1921-ci ildən - 9 mart 1921-ci ilədək (№ 1, 2), (əvvəli hut 1299-20 hut 1299, şumarə 1, 2)
2. Təbriz, mətbəeye “Ümid”
20 mart 1921-ci ildən- 15 may 1921-ci ilədək (№3-8), (29 hut 1299- 24 sövr 1300, şumarə 3-8)


Bakı
1. Birinci hökumət mətbəəsi
2 noyabr 1922-ci ildən (№1)- 26 yanvar 1924-cü ilədək (№3)

2. “Krasnıy Vostok”. Azpoliqraftresta N.K.P.T (Bakı)
2 fevral 1924-cü ildən (№4)- 6 aprel 1924-cü ilədək (№5)

3. “Qızıl Şərq” mətbəəsi
13 aprel 1924-cü ildən(№6)- 30 avqust 1924-cü ilədək (№12)

4. 3-cü Beynəlmiləl mətbəəsi
6 sentyabr 1924-cü ildən (№13)- 16 yanvar 1926-cı ilədək (№3)

5. “Üçüncü internasional” hökumət mətbəəsi
23 yanvar 1926-cı ildən (№4)- may 1926-cı ilədək (№22)

6. “Yeni yol” mətbəəsi
İyun 1926-cı ildən (№23)- 25 dekabr 1926-cı ilədək (№52)

7. “Yeni yol” mətbəəsi. Şəhri-Baku, Kommunist caddəsi, №9
Azərbaycan baş mətbuat müdirliyi
1 yanvar 1927-ci ildən (№1)- 6 yanvar 1928-ci ilədək (№1)

8. Bakpoliqrafın “Qızıl Şərq” mətbəəsi. Bakı, Karantinni- 84
13 yanvar 1928-ci ildən (№2)- 30 may 1929-cu ilədək (№22)

9. “III İnternasional mətbəəsi”. Saratovets Yefimov k. №37
6 iyun 1929-cu ildən (№23)- 1931-ci ilin (№2) yanvarınadək


“Molla Nəsrəddin” jurnalının redaktorları

1. Tiflis. 7 aprel 1906-cı ildən (№1)- 22 sentyabr 1910-cu ilədək (№35)
Müdir və baş mühərrir: Cəlil Məmmədquluzadə

2. 13 noyabr 1910-cu ildən (№36, 37, 38, 39, 40, 41, 42)- 1911-ci ilin 16 martınadək (№2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11)
Müvəqqəti müdir: Məhəmmədəli Sidqizadə

3. 31 mart 1911-ci ildən (№12)- 10 fevral 1913-cü ilədək (№5)
Müdir və baş mühərrir: Cəlil Məmmədquluzadə

4. 20 fevral 1913-cü ildən (№6)- 18 oktyabr 1914-cü ilədək (№25)
Müdir və baş mühərrir: Cəlil Məmmədquluzadə və Əliqulu Nəcəfov

5. 18 oktyabr 1914-cü ildən- 9 fevral 1917-ci ilədək jurnal nəşr edilməyib.

6. 9 fevral 1917-ci ildən- 25 dekabr 1917-ci ilədək
Müdir və baş mühərrir: Cəlil Məmmədquluzadə

7. 1918, 1919, 1920-ci illərdə jurnal nəşr edilməyib

8. Təbriz. 1921-ci il. (8 nömrə)
Müdir və sərmühərrir: Cəlil Məmmədquluzadə

9. Bakı. 2 noyabr 1922-ci ildən ((№1)- 31 yanvar 1925-ci ilədək (№5)
Naşiri və müdiri: Cəlil Məmmədquluzadə

10. 7 fevral 1925-ci ildən (№6)- sonuncu nömrəyədək (yanvar 1931, №2) redaktor göstərilməmişdir, əvəzində “Heyəti-təhririyyə” yazılmışdır.


“Molla Nəsrəddin” jurnalı

Həftədə bir dəfə, səkkiz səhifə ilə nəşr edilmişdir.
1908-ci ilin 24 noyabrından (№47) - 1909-cu ilin sonuncu nömrəsinədək (№52) 12 səhifə ilə buraxılmışdır.
1910-cu ilin 1-ci nömrəsindən jurnal yenə də səkkiz səhifə ilə nəşr edilmişdir.

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə